Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Şəbnəm Həcidən ayrılma xəbərlərinə cavab verdi

Şəbnəm Həcidən ayrılma xəbərlərinə cavab verdi

Şəbnəm Həcidən ayrılma xəbərlərinə cavab verdi
2021-05-06 , 08:48

Müğənni Şəbnəm Tovuzlunun Həci adı ilə tanınan həyat yoldaşından ayrıldığı iddia olunub.Axşam.az xəbər verir ki, sosial şəbəkədə rəqs edən videosunu yayımlayan sənətçi tənqid atəşinə tutulub. O, görüntülərini qınayan izləyicisinə "Başa düşmədim, nə olub? Haramı açıb çölə qoymuşam? Biz müğənniyik, mahnılarımıza uyğun hərəkət edirik. Allaha şükür, ailəmiz, övladlarımız" sözlərini deyib.


Şəbnəm Həcidən ayrılması haqda suallara isə "Onu deyənin dili qurusun. Allah eləməsin, atamız başımızın üstündədir. 7 ildir ayrıldıq deyirlər. Amma hələ də yanımızdadır. Niyə çoxları narahatdır, bilmirəm" cavabını verib.
Qeyd edək ki, Şəbnəmin bu nikahdan bir oğlu var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.