Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "Evdə ac qalanda heç kim mənə çörək vermədi"

"Evdə ac qalanda heç kim mənə çörək vermədi"

"Evdə ac qalanda heç kim mənə çörək vermədi"
2021-05-06 , 08:34

Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirərək pul qazanmaq üçün taksi sürməyə başlamışdı.


Aydınlıq.az xəbər verir ki, yenisabah.az-a danışan meyxanaçı taksi sürməyə davam etdiyini deyib:
"Hələ də taksi sürməyə davam edirəm. Vəziyyət elə də yaxşı deyir, ancaq çörək pulu qazanıram, başqa heç nə. Kreditlərimi də verə bilmirəm, hamısı qalıb. Evimi satışa çıxarmışdım, hələ də qalıb, alan yoxdur".
Sənətçi taksi sürdüyünə onu qınayan həmkarlarına sərt cavab verib:
"Taksi sürməyimə pis baxanlar gətirsin mənim evdə uşaqlarımı saxlasın, xərclərimi ödəsin, ondan sonra nəsə desin. O sözü deyən insan birinci mənim maddi durumuma baxsın. Əgər mənə kömək etmirsə, nəsə deməyə ixtiyarı yoxdur. Mən ümumiyyətlə, kiminsə nəsə deməyinə fikir vermirəm, çünki mən evdə ac qalanda heç kim gətirib çörək vermədi. Heç kəsdən də incimirəm, hər kəsin öz fikri var, amma məni qınayanlar bir daha düşünsün, heç kəs gətirib mənə pul vermədi, hamının balası var. Kim də mənə pis baxırsa, sağ əlim başına olsun, mənim kimi əziyyət çəksin. Taksi sürmək ayıb şeydir məgər?! Ayıb olan kiminsə cibinə, haqqına girməkdir, başqa-başqa işlərlə məşğul olmaqdır. Mən namusumla, qeyrətimlə halal çörək pulumu qazanıram. Kim də nəsə demək istəyirsə, getsin güzgüdə özünə baxsın!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.