Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Əməkdar artist koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxub

Əməkdar artist koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxub

Əməkdar artist koronavirusa Firuzə İbadovanın anasının yasında yoluxub
2021-05-04 , 16:46

Əməkdar artist Nahidə Orucova müğənni Firuzə İbadovanın anasının yasında koronavirusa yoluxduğunu açıqlayıb.

Yenisabah.az xəbər verir ki, xəstəlikdən yeni sağalan aktrisa bu barədə “Bizimləsən” proqramında məlumat verib. O qeyd edib ki, yasda qarmon ifaçısından ona virus keçib:

“Firuzə İbadovanın anasının yasına getdim. Orada bir musiqiçi qadın koronavirus idi, hamını yoluxdurdu. Hələ özüm maskada idim. Qarmon ifaçısı Xurma adlı xanım idi. Mənə yaxınlaşıb öpdü, foto çəkdirdi. Bir həftə sonra özü dünyasını dəyişdi”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.