Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "Tacır Şahmalıoğlunun canı sağ olsun" - Şəbnəmdən Vəfaya CAVAB - VİDEO

"Tacır Şahmalıoğlunun canı sağ olsun" - Şəbnəmdən Vəfaya CAVAB - VİDEO

"Tacır Şahmalıoğlunun canı sağ olsun" - Şəbnəmdən Vəfaya CAVAB - VİDEO
2021-04-30 , 16:21

DTX-nin həbs etdiyi Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində adı keçən Famil Xəlilovun (Veyis Xəlilov) şəxsi münasibəti olduğu müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova arasında qalmaqal yenidən başlayıb. Buna səbəb hər iki ifaçının iş adamı ilə münasibəti olması xəbərlərinin yayılması olub.

BiG.AZ xəbər verir ki, Vəfanın Şəbnəmə ünvanladığı videodan sonra çox keçmədən Şəbnəm Tovuzlunun cavabı gəlib. O, sosial media hesabında Vəfanın ünvanına video paylaşıb:

"Bəzi xoşagəlməz şəkil və adlarla paylaşımlar oldu. Mənə dəxli olmayan adlardır. Orada adım çəkilməməlidir. Bir qadın da çıxıb açıqlama verir ki, qız övladım, ailəm var. Ailəli olduğuma görə toy mərasimlərinə dəvət edirlər. Biz də ailəliyik, bizim də övladımız var. Amma abrıma, illərlə əziyyətlə bu səviyyəyə gəldiyimə görə susuram. Sənə görə deyil! Susduqlarıma görə susuram, amma keçmişini unutma. 2008-2009-cu illərdə olduğun halları unutma. Onları ətrafındakılar bilmir, amma mən bilirdim ki, kimsən. Allah Tacir Şahmalıoğluna can sağlığı versin. Mən hər zaman yaxşılığı bilən insanam. Kim olduğunu, keçmişini unutma! Ailəsinin qədrini bilən xanım evdə sakit oturur, danışmır".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.