Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Ramazana 20 gün qalmış gah böyrəyini, gah ciyərini tutur ki...“ - Ağamirzə

“Ramazana 20 gün qalmış gah böyrəyini, gah ciyərini tutur ki...“ - Ağamirzə

“Ramazana 20 gün qalmış gah böyrəyini, gah ciyərini tutur ki...“ - Ağamirzə
2021-04-21 , 07:57

“Camaat nə qədər pul töküb kurortlara gedir, mən isə hər il susuz və ac qalmaqla özümü müalicə edirəm. Axşam iftar saat yaxınlaşdıqca isə özüm bilə-bilə həyətdə iri addımlarla gəzməyə başlayıram...”

Bu sözləri Yenisabah.az-a tanınmış meyxanaçı Ağamirzə Məmmədov deyib. Söz ustadı illərdir özünü oruc tutmaqla özünü müalicə etdiyini bildirib:

“Mən bu Ramazanda bütün xalqımıza can sağlığı, uzun ömr arzulayıram. Xüsusilə hazırki pandemiya dövründə ən vacibi budur. Bütün xalqa səslənirəm ki, oruc tutsunlar. Allah qismət elədi mən də oruc tutdum. Mən hər il oruc tutmaqla özümü müalicə edirəm. Bunu hər il təkrarlayıram. Camaat nə qədər pul töküb  kurortlara gedir, mən isə hər il susuz və ac qalmaqla özümü müalicə edirəm. Axşam iftar saatı yaxınlaşdıqca özüm bilə-bilə həyətdə iri addımlarla gəzməyə başlayıram. Bunu edirəm ki, təngnəfəs olub, susayım. Bilirsiniz, susuzluq, aclıq neçə dərdin dərmanıdır. Məhz buna görə, istəyirəm ki, xalqım oruc tutsun. Oruc tutduğuma görə də sağlamlıq, ibadət hamısı öz yerindədir”.
Meyxanaçı oruc tutmağın virusa yoluxma riskini artırıb-artırmaması ilə bağlı məsələyə də toxunub. O, qeyd edib ki, bəzi şəxslər oruc tutmamaq üçün Ramazan ayı gəlməmiş bəhanələr uydurur:
“Bəziləri düşünür ki, koronavirus var, immunitet filan zəifləyər, amma mən qətiyyən belə düşünmürəm. Əksinə, orucun faydaları çoxdur. Mənim ətrafımda öz tanışlarım var ki, bu tip fikirlər səsləndirirlər. Hətta bəzisi Ramazana 20 gün qalmışdan başlayır gah böyrəyini, gah ciyərini, gah mədəsini tutmağa... Özlərinə Ramazan gəlməmişdən “ayaq yeri” qoyurlar. Başlayırlar ki, “xəstəyəm, həkim belə dedi, elə dedi”. Həmin adamların 95 faizi bu sözləri yalandan deyirlər. Təki mən Allahın əmrini yerinə yetirim, bu zaman istəyir məni koronavirus tutsun, istəyir başqa viruslar. Allahın köməkliyi ilə heç nə də tutmayacaq! Gedib vaksinimi də vurdurmuşam, digərini də vurduracağam”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.