Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "Qarabağ Otel"ində heç kim sevişməməlidir..." - Faiq Ağayevdən maraqlı AÇIQLAMA

"Qarabağ Otel"ində heç kim sevişməməlidir..." - Faiq Ağayevdən maraqlı AÇIQLAMA

"Qarabağ Otel"ində heç kim sevişməməlidir..." - Faiq Ağayevdən maraqlı AÇIQLAMA
2021-04-19 , 19:10

""Qarabağ" və digər bölgə və ya şəhərlərimizin adlarını daşıyan siqaretləri yerli tütün fabrikləri yaranandan bu yana hər zaman istehsal edib”.

 
Sfera.az xəbər verir ki,  bunu Xalq artisti Faiq ağayev  "Qarabağ” adı altında satılan siqaretlərlə bağlı tənqidi fikirlərə münasibət bildirərkən deyib:

"Qarabağa gəlincə, bu əhəmiyyətli toponimin kütləvi istifadəsi yalnız müsbət qiymətləndirilə bilər. İnformasiya savaşı üçün çox əlverişli üsuldur. Qaldı ki, "Qarabağ" adının istənilən yerli brendin düzgün və ya yanlış yöndə istifadəsinə, onda  "Qarabağ Hotel"ində heç kim sevişməməlidir, və ya  "Qarabağ FK" heç zaman uduzmamalıdır. 

Həmçinin "Qarabağ MMC" şirkəti yalnız qarabağlıları işə götürməli, "Qarabağ Store"da tualet olmamalıdır”.

İfaçı qeyd edib ki, bu kimi icraatı mümkünsüz, məntiqi  izaholunmaz sərt çağırışlar içində batıb-gedəcəyik. F.Ağayev məsələyə müsbət tərəfdən yanaşmağı tövsiyə edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.