Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Xatirə İslam və həyat yoldaşının SON VƏZİYYƏTİ AÇIQLANDI

Xatirə İslam və həyat yoldaşının SON VƏZİYYƏTİ AÇIQLANDI

Xatirə İslam və həyat yoldaşının SON VƏZİYYƏTİ AÇIQLANDI
2021-04-19 , 15:57

Koronavirus olduğu üçün aprelin 15-də xəstəxanaya yerləşdirilən müğənni Xatirə İslam və onun həyat yoldaşı Fəxrədddin Musazadədən xəbər var.


Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumata görə, hər iki şəxsin vəziyyəti normaldır:
"Xatirə xanımın vəziyyəti yaxşıdır. Yoldaşı Fəxrəddin bəyin vəziyyəti isə yaxşılığa doğru irəliləyir. Xəstəliklərinə uyğun müalicələri davam etdirilir. Onların nə vaxt evə buraxılacağı hələ dəqiq deyil".
Qeyd edək ki, aprelin 16-da Bakı Sağlamlıq Mərkəzindən Lent.az-a verilən məlumatda X.İslamın səhhətinin orta ağırlıqda, F.Musazadənin vəziyyətinin isə ağır olduğu bildirilmişdi:
"Sevilən müğənnimiz Xatirə (İslam) Əzizova və həyat yoldaşı Fəxrəddin Musazadə dünən gecə Bakı Sağlamlıq Mərkəzinin İnfeksion COVID-19 şöbəsinə "Viral pnevmoniya" diaqnozu ilə qəbul edilib. Xatirə Əzizovanın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.