Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı

“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı

“Adamlar var ki, hər şeyini satışa çıxarıb“ - Xuraman Şuşalı
2021-04-17 , 13:49

“Allah banklara insaf versin, faizləri dayandırsınlar. Hər şey çox çətindir. Dilim başıma bəladır, amma haqqı demək lazımdır”.

Bu sözləri Yenisabah.az-a müğənni Xuraman Şuşalı karantinlə bağlı danışarkən deyib.
Sənətçi bildirib ki, əhali "dolana bilmir" və sosial vəziyyət yaxşı deyil:

“Gedişat heç yaxşı deyil. Yaxın olduğum, ünsiyyətdə olduğum adamlar var ki bu günlərdə çox acınacaqlı vəziyyətdədirlər. Maddiyyat baxımından vəziyyətləri pisdir, borcları var. Allah banklara insaf versin, faizləri dayandırsınlar. Hər şey çox çətindir. Dilim başıma bəladır, amma haqqı demək lazımdır.
Bir yaxınım deyir ki, evdə yeməyə heç nə yoxdur. Vəziyyət çətindir, işlər bağlıdır. Bu nə vaxt düzələcək? Bunun qarşısnı alan olacaqmı? Bir çözüm yolu tapılmalıdır artıq. Allah özü bu müqəddəs aya xatir yoluna qoysun məsələləri. Üsyan etmirik, şükür edirik, amma doğurdan da çətin vəziyyətdir”.
Müğənni bəzi yaxınlarının borclarını ödəyə bilmək üçün evsiz-eşiksiz qalmağa belə razı olduğunu qeyd edib:
“Elə ailələrlə danışıram ki, bank faizlərinə görə evlərini də satışa qoyublar. Heç satışa çıxarılan evi də alan yoxdur. Adamlar var ki, hər şeyini satışa çıxarıb ki, eybi yox evsiz-eşiksiz yaşayaq, amma bu borclardan canımızı qurtaraq. Çünki banklar artıq borc götürənlərə zamin dayananların da maaş kartlarını dondurublar. Biz bəzən kiməsə kömək etmək istəyəndə fikirləşirik ki, evi-eşiyi var. Amma baxın, bu gün evi olanlar da pis vəzikyyətdədir, çünki satsalar belə alan yoxdur. Camaatda ev almağa pul da yoxdur. Mən özüm də evimi satışa qoymuşam aylar əvvəl. Fakt budur ki, insanlarda pul yoxdur”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.