Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Nadir Qafarzadə karantində insanları restorana dəvət etdi: “Gəlin əylənək!“ - Video

Nadir Qafarzadə karantində insanları restorana dəvət etdi: “Gəlin əylənək!“ - Video

Nadir Qafarzadə karantində insanları restorana dəvət etdi: “Gəlin əylənək!“ - Video
2021-04-17 , 13:47

Müğənni Nadir Qafarzadə karantində sumqayıt sakinlərini əyləncəyə dəvət edib.


Yenisabah.az xəbər verir ki, bu haqda sosial şəbəkə hesabında paylaşım edən ifaçı hər kəsi aprel ayının 18-də oxuyacağı restorana dəvət edib:
“Əziz Sumqayıt sakinləri və qonaqlar, ayın 18-i Dəniz Bulvarında “Gənclik” restoranında qonaq olacağam. Sizin hər birinizi gözləyirəm, xoş istirahət istəyirsinzsə, siz də buyurun. Ayın 18-i sizi gözləyirik, gəlin bir yerdə əylənək. İnşallah, görüşərik”.
Müğənninin bu çağırışı birmənalı qarşılanmayıb. Yoluxma sayının artdığı vaxtda Nadirin bu cür çağırış etməsi bəzi izləyiciləri hiddədləndirib.
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.