Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Xoşqədəmdən ŞOK AÇIQLAMA: "8 il öncə..."

Xoşqədəmdən ŞOK AÇIQLAMA: "8 il öncə..."

Xoşqədəmdən ŞOK AÇIQLAMA: "8 il öncə..."
2021-04-14 , 15:43

"Xəzər" televiziyasında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı 8 il öncə atılmış bir qız uşağını övladlığa götürmək istədiyini açıqlayıb.


Sonxeber.az verir ki, Xoşqədəm Hidayətqızı atılan uşaqların talelələrinin ona çox təsir etdiyini bildirib:
"8 il öncə övladlığa uşaq götürmək istəyirdim. "Səni axtarıram" verilişi yeni başlamışdı. Atılan uşaqları görəndə mənə təsir edirdi. Mən dedim ki, o uşağı övladlığa götürəcəyəm. Anam mənə dedi ki, "İllər keçəcək. Sənin məzlum və köməksiz gördüyün o uşaq böyüyəcək. Sən onu öz balan kimi böyüdəcəksən. Günlərin bir günü də o qız öz anasını tapmaq istəyəcək. Həmin gün də sənin dünyan yıxılacaq və ona sərf etdiyin ömrünə görə peşman olacaqsan". Bu gün anamın və böyüklərimizin bizə necə düzgün yol göstərdiyini anladım. Bəlkə, qınayacaqsınız, amma anam məni tanıdığı üçün mənə o məsləhəti verdi. Çünki mən bir dostun xəyanətinə və bir insanın əməyimi yerə çırpmasına dözə bilmirəm, qaldı ki, illərimi sərf etdiyim insan məndən imtina etsin. Anam bilirdi ki, mənim dünyam dağılacaq. Özümü məhv edəcəyəm. Ona görə də imtina etdim".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.