Röyanı təhqir etdilər: “Qudurub“

"Ağac bar verdikcə, başını aşağı əyər. Bəziləri kimi tamaşaçı sevgisindən qudurmuram”.
“10 da görüşək” proqramının qonağı olan Səidə Xalq artisti Röya Ayxanı qınaq atəşinə tutub:
“Adım çəkiləndə özlərinə qəribə gəlir ki, qaşı, üzüyü düşər. Üçü də bu vaxta kimi qərara gələ bilməyib ki, məni sənətə kim gətirib: hamısı deyir Səidəni səhnəyə mən gətirmişəm. Ay qızlar, bacılar, analar, üçünüz də anasınız, məni səhnəyə siz gətirməmisiniz. Yolu açan Allahdır, özüm öz gücümə Səidə Sultan olmuşam. Danışanda, özünüzə gəlin, eqonuzu aşağı qoyun. Bunlar mənə çatmır. O birilərlə çox da işim yoxdur. Amma bir əsası var, ana qarğa, sevmirəm onu, "tripaş" insanı sevmirəm. Onunla axıra qədər gedərəm, ya ona, ya mənə verən Allah. Sevməmişəm, sevməyəcəm də. İnsan bir sadə olar. Xalqın sevgisini qazanandan sonra camaata minnət qoyub, özünüzü dartmayın. Gözüm aydın Xalq artistisən, mən də Sultanam. Danışığınıza fikir verin, özünə gəl. "Əlimdən tutub gətirib" - bu nə sözdür? Sənin özünün əlindən tutub gətirən olub, mənim olmayıb. Elə bil 80 yaşı var, məni gətirib”.