Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "Onu oxuyanda gözlərim dolur" - Nailə Mirməmmədlinin son bəstəsi - VİDEO

"Onu oxuyanda gözlərim dolur" - Nailə Mirməmmədlinin son bəstəsi - VİDEO

"Onu oxuyanda gözlərim dolur" - Nailə Mirməmmədlinin son bəstəsi - VİDEO
2021-04-05 , 17:22

Müğənni Günay İbrahimli mərhum Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin son bəstəsini ifa edib.

"Darıxmışam" adlı mahnının sözləri Günel İşıldara, aranjimanı isə Samir Sultanova aiddir. İfaçı rejissor Elmir Abbasovla işbirliyi quraraq mahnıya ekran həyatı da verib.

"Darıxmışam" haqda danışan G.İbrahimli mahnının onun üçün çox qiymətli olduğunu deyib:
"Yeganə mahnımdır ki, hər dəfə canlı ifa edəndə gözlərim dolur. Bəlkə də Nailə xanıma mahnını ifamda dinləmək qismət olmadığı üçün mənə təsir edir. Xoşbəxtəm ki, elə bir bəstəkardan oxumaq mənə də qismət oldu"./Axşam.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.