Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Xuraman Şuşalı açıq-saçıq şəkillərini yayanları polisə şikayət edəcək

Xuraman Şuşalı açıq-saçıq şəkillərini yayanları polisə şikayət edəcək

Xuraman Şuşalı açıq-saçıq şəkillərini yayanları polisə şikayət edəcək
2021-03-04 , 15:42

Müğənni Xuraman Şuşalı vaxtilə çəkdirdiyi açıq-saçıq şəkillərini sosial şəbəkələrdə yayanları polisə şikayət edəcək.


MTV Azərbaycana açıqlamasında bu haqda danışan ifaçı uzun illər öncə çəkdirdiyi açıq-saçıq fotoların yayılmasına sərt reaksiya verib.
38 yaşlı müğənni bundan sonra onun fotolarını yayan şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini qeyd edib:
“Birinci, rica edirəm ki, o görüntüləri silin. Açıq şəkildə görünməyimə haram qoymuşam. Tez-tez açıq və qapalı formada olan görüntülərimi kollaj edib yayırlar. İcazə vermirəm. Bu məsələni hüquqi yolla həll edəcəm”.
Xatıqladaq ki, xanım sənətçi bu barədə bir neçə dəfə qonaq olduğu verilişlərdə danışıb. O, bu görüntülərin paylaşılmasını istəmədiyini deyib.
Qeyd edək ki, X.Şuşalı 2013-cü ildən bəri hicab taxır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.