Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Şəbnəmdən ETİRAF: “Polisin gözünün qabağında...“ - Video

Şəbnəmdən ETİRAF: “Polisin gözünün qabağında...“ - Video

Şəbnəmdən ETİRAF: “Polisin gözünün qabağında...“ - Video
2021-03-04 , 15:26

“O qədər cərimələnirəm ki, heç xatırlamıram”.


Bu sözləri müğənni Şəbnəm Tovuzlu cərimələri haqqında danışarkən deyib.
ARB telekanalında yayımlanan “Həmin Zaur” proqramının qonağı olan ifaçı sonuncu dəfə 60 manat cərimələnərək 3 bal yazıldığını və yol hərəkət qaydalarını tez-tez pozduğunu etiraf edib: :
"Bir neçə gün əvvəl efirə tələsirdim, tıxac idi. Bilmədən polisin gözünün qabağından dönməyə çalışdım. Saxladılar, cərimə yazdılar. Heç vaxt tanınmağımdan istifadə etmirəm. Nə vaxt yol polisi saxlayır, qayda pozuramsa, deyirəm “yazın”. Məndən çox radarlara pul ödəyən yoxdur".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.