Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Allaha and olsun, əlavə biznesim yoxdur” - Manaf Ağayev + Video

“Allaha and olsun, əlavə biznesim yoxdur” - Manaf Ağayev + Video

“Allaha and olsun, əlavə biznesim yoxdur” - Manaf Ağayev + Video
2021-03-04 , 15:22

Yerli şou-biznesin ən zəngin məşhurlarından hesab edilən Manaf Ağayev bir ildir gəlir yerinin olmamasından gileylənib.


ATV telekanalında yayımlanan “Birə-bir” proqramında qonaq olan ifaçı bir ildən çoxdur pul qazanmadığını, xərclərinin çox olduğunu deyib.
Aparıcıların “siz təkcə toylardan qazanmırsınız axı” deməsinə münasibət bildirən müğənni bunun yanlış olduğunu qeyd edib:
“Vallahi, billahi mənim ayrı biznesim yoxdur. Allaha and olsun, əlavə biznesim yoxdur”.
Ən yadda qalan Norvuz bayramı haqqında danışan M.Ağayev həmin bayramda onu it tutduğunu deyib:
“Ən yadda qalan Norvuz bayramın 9-10 cu sinifdə olub. Həmin vaxt ayağımı it tutmuşdu. Böyük it idi, arxadan gəlib yapışdı, dişləri batdı, bugünə qədər yeri qalıb. Ən yaddaqalan bayramım bu olub”.
Qeyd edək ki, Manaf Ağayev tez-tez lüks avtomobilləri və villaları ilə gündəmə gələn müğənnilərdəndir.
Həmin görüntüləri təqdim edirik:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.