Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "İnşallah azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər" — Əməkdar artist

"İnşallah azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər" — Əməkdar artist

"İnşallah azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər" — Əməkdar artist
2021-03-02 , 23:16

Xəbər verdiyimiz kimi, martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayı keçirilməsi planlaşdırılır.


Məsələ ilə bağlı "yenisabah.az"-a danışan YAP-ın üzvü və Əməkdar artist Elza Seyidcahan qurultay olarsa, bir sıra müsbət yeniliklərə imza atılacağına inandığını qeyd edib:

“Qurultay olacaqsa, bu haqda müsbət düşünürəm. Yeni Azərbaycan Partiyası günü-gündən inkişaf edir. Qələbədən sonra partiyada daha yaxşı yeniliklər olacağına inanıram. İnşallah işğaldan azad olunmuş torpaqlarda YAP-ın qərargahları, məntəqələri tikilər və YAP-a daha çox gənc axın edər. Bu bizə Ulu öndər Heydər Əliyevdən bir töhfədir, Allahın zinətidir. Bir yerdə ki, Yeni Azərbaycan Partiyasının adı var, əlbəttə də o adı Allah günü gündən yeniləyəcək, gözəlləşdirəcək. Mən də bir bəstəkar olaraq hər zaman YAP-ın özəl günlərində öz əsərlərimlə, musiqilərimlə çıxış etməyə hazıram, bunu özümə borc bilirəm. Ümid edirəm ki, 2025-ci ildə  YAP-ın xətti ilə millət vəkili adını daşıya bilərəm. Namizədliyimi yenə verəcəyəm, inşallah, arzuma nail olaram” - deyə E.Seyidcahan bildirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.