Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Zöhrə Abdullayevanın ayaqları tutulub

Zöhrə Abdullayevanın ayaqları tutulub

Zöhrə Abdullayevanın ayaqları tutulub
2021-02-25 , 15:43

Əməkdar artist Zöhrə Abdullayevanın səhhətində problem yaranıb. Ayaqları ağrıyan müğənni neçə gündür xəstəxanaya yerləşdirilib.


Yenisabah.az xəbər verir ki, bu haqda ifaçı Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, revmatizmdən əziyyət çəkir:
"Bu gün səhər xəstəxanadan çıxdım, indi yaxşıyam. Səhv müalicələrlə məni qara günə qoydular. Professor Sahib Musayev məni xilas edib. Revmatizmdən sümüklərim ağrıyırdı. Həm də balamı istəyirəm".
Aparıcı Zaur kamal isə "Həmin Zaur" proqramında Z.Abdullayeva haqda "Deyir, xəstəyəm, ayaqlarım tutulub. Əlil arabasında aparıb gətirirlər" sözlərini söyləyib.
Qeyd edək ki, müğənni bir neçə il əvvəl oğlunu itirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.