Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Fədayə arıqlamağının sirrini açdı: “Gündə bir dəfə...“ - Foto

Fədayə arıqlamağının sirrini açdı: “Gündə bir dəfə...“ - Foto

Fədayə arıqlamağının sirrini açdı: “Gündə bir dəfə...“ - Foto
2021-02-22 , 15:01

Ötən ilin mart ayından bəri Moskvada qalıb fəaliyyətini orada davam etdirən müğənni Fədayə Laçın fərqli fotosessiyası ilə diqqət çəkib.


Yenisabah.az xəbər verir ki, izləyicilərin görməyə alışmadığı imicdə kameralar önünə keçən sənətçi onları sosial şəbəkə hesabında bölüşüb.
Çoxsaylı şərhlər alan ifaçı tərif yağışına tutulub. Qısa müddət ərzində xeyli çəki atan müğənni arıqlamağının sirrini izləyiciləri ilə bölüşüb. O, “Mənim sadəcə iştaham yoxdur, ona görə çox az yeyirəm. Yuxudan duranda acqarına kofe içirəm. Gün ərzində 5-6 fincan kofe içirəm, gündə bir dəfə yemək yeyirəm, o da axşamlar. Məsələn, xəngəl də yeyirəm, xaş da yeyirəm, iştahım nəyi çəksə onu yeyirəm. Heç bir narahatlıq da yaratmır” – deyə qeyd edib.
Xatırladaq ki, koronavirus infeksiyasının yeni yayılmağa başladığı ərəfədə sənətçi Moskvada konsert və toy şənliyində yer almaq üçün ora yollanıb. Daha sonra sərhədlər bağlandığı üçün Fədayə geri qayıda bilməyib. Sənətçi sərhədlər açılandan sonra da Bakıya qayıtmamaq qərarı alıb. Yaradıcılığına  orada davam edən sənətçi hər gün toy, şənliklərdə çıxış edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.