Yenilik.Az
www.AYDINLIQ.az » Maqazin » Nazilədən onu tənqid edən məşhura qızıl dişli cavab

Nazilədən onu tənqid edən məşhura qızıl dişli cavab

Nazilədən onu tənqid edən məşhura qızıl dişli cavab
2020-01-27 , 18:02

Tanınmış şairə, aparıcı Nazilə Səfərli cavanlıq fotosunu izləyiciləri ilə bölüşüb.
Yenisabah.az xəbər verir ki, 19 yaşında çəkilmiş fotosunu paylaşan şairə ona “19 yaşımda qızıl dişlərim də olub. Yanaqlarım həminki tontiş. Keçmişimdən utanmıram. Dəyişən sadəcə yaşımdır. Qucağımdakı da Nurlandır” sözlərini yazıb.

İzləyicilərin bir çoxu onun prodüsser Tarix Əliyevə (Tolik) bu şəkildə cavab yazdığını bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Tarix Əliyev şairə Nazilə Səfərli ilə bağlı sosial şəbəkədə sərt fikirlər səsləndirmişdi: “Dedim ad gününü təbrik edim, çünki sən həyatda ən gözəlinə Allah tərəfindən yox, həkimlər tərəfindən layiq olmusan. Eltondan da ayrı düşmə, hər zaman yanında ol. Bəlkə, arzuların çin olar! Özü də, ay yazıq qadın, Elton səni seçsə idi, dünən verilişində olardı. Yalandan deməzdin ki, guya Eltona təcili tibbi yardım gəlib. Təcili tibbi yardım gəlsin, elə əzizlərinə!”

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.