Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Nişanlı gənclərimiz toy edə bilmirlər“

“Nişanlı gənclərimiz toy edə bilmirlər“

“Nişanlı gənclərimiz toy edə bilmirlər“
2020-12-31 , 12:15

“Karantin müddətində çalışıram çox çölə çıxmayım, evdə otururam, gündəlik idman edirəm. Verilişlərə dəvət alanda gedirəm. Qanunlara riayət edirəm, hər kəsə də bunu tövsiyə edirəm”.


 
Bu sözləri Xalq artisti Niyaməddin Musayev sərtləşdirilmiş karantin barədə danışarkən deyib.
 
Sənətçi son vaxtlar pandemiyaya görə maddi vəziyyətdən gileylənən müğənnilər barədə də danışıb.
 
Maddi çətinlik çəkmədiyini deyən ifaçı müğənnilərin alternativ gəlir yeri olmasının önəmini qeyd edib:
 
 “Maddi vəziyyətim pis deyil. Allah Ulu öndərə rəhmət eləsin, onun mənə ayırdığı təqaüdlə dolanıram, şükürlər olsun. Hazırda bir çox sənətçinin maddi problemi var. Mənim fikrimcə, müğənni başqa bir sənətə də yönəlsə daha yaxşıdır. Belə olsa, maddi cəhətdən də problemi olmaz. Hazırda bütün dünyada eyni vəziyyətdir, hamımız maddi çətinliklərlə üzləşirik. Amma toyların olması əlbəttə ki, yaxşıdır. Çünki millətin artmasında mühüm rol oynayır. Hazırda bir çox nişanlı gənclərimiz var, toy edə bilmirlər. Hamı toy arzusundadır. Vaxt gələr, toylar da bərpa olar. Artıq az qalıb. Üzümüzə gələn ilin təxminəın mart ayına düşünürəm ki, toylar bərpa olar. Həm də toydan təkcə müğənnilər pul qazanmır, nə qədər insan toylardan gəlir əldə edirlər. Hazırki durum müvəqqəti çətinlikdir, buna sinə gərmək lazımdır”.Yenisabah

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.