Yenilik.Az
www.AYDINLIQ.az » Maqazin » “Siqaret çəkir, içki içir, sonra ərə gedib xəstə uşaq doğur” - İzzətdən sərt tənqid

“Siqaret çəkir, içki içir, sonra ərə gedib xəstə uşaq doğur” - İzzətdən sərt tənqid

“Siqaret çəkir, içki içir, sonra ərə gedib xəstə uşaq doğur” - İzzətdən sərt tənqid
2020-01-26 , 15:20

ARB TV-də yayımlanan "Səhər-səhər" verilişinin qonaqlarından biri müğənni İzzət Bağırov olub.
"Yeni Sabah" xəbər verir ki, sənətçi həmkarlarını və bəzi insanları tənqid atəşinə tutub. İzzət Bağırov içki içib, siqaret çəkən qadınlar haqda bunları deyib:

“Məclisdə 8-10 xanım əyləşir. Yeyib-içib əylənirlər. Başqa masalardan da hərkəs baxır ki, onlar badələri bir-birinə vuraraq sağlıq deyirlər. Elə şeylər var ki, bəzi xanımların özləri də bu halların baş verməyini istəmirlər. 20-25 yaşında gənc xanım siqaretdən, içkidən istifadə edir. Daha sonra ailə həyatı qurur və xəstə uşaq dünyaya gətirir. Əvvəlini fikirləşmirlər ki, bu səbəbdəndir”.

Müğənni saçını boyayan kişi həmkarlarına da münasibət bildirib:"Bəzi kişilərdə görmək istəmədiyimiz hallar var. Bəzilərinin geyimini, danışığını, saçını boyamasımı bəyənmirik. Kişinin saçını boyamasına pis baxmıram amma mən heç vaxt boyamaram. Qara boyanı vururlar, çıxırlar efirə ki, qəşəg görünsün. Onsuz da bilinir ki, bu sənin deyil. Üzlərinə nə qədər botoks doldururlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.