Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Müğənni Lalə Məmmədova koronavirusa hansı verilişdə yoluxub? – Qalmaqal yaradacaq paylaşım

Müğənni Lalə Məmmədova koronavirusa hansı verilişdə yoluxub? – Qalmaqal yaradacaq paylaşım

Müğənni Lalə Məmmədova koronavirusa hansı verilişdə yoluxub? – Qalmaqal yaradacaq paylaşım
2020-11-30 , 14:32

Müğənni Lalə Məmmədova koronavirusa qonaq qismində iştirak etdiyi verilişlərin birində yoluxduğunu iddia edib.


Sfera.az xəbər verir ki, Əməkdar artist bununla bağlı sosial media hesabında məlumat verib.


"Virus ailəmizdən yan keçmədi. Bir ailənin kiçiyindən tutmuş böyüyünədək hamısının xəstələndiyini gözünüzün qabağına gətirsəniz, mənzərə sizə bəlli olacaq. 7 yaşlı kiçik qızım belə iybilmə, dadbilməni itirib. Qorunun, yaşlıları qoruyun” – deyə, müğənni bildirib.
 
Əməkdar artist daha sonra xəstəliyə televiziya kanallarından birində yoluxduğunu iddia edib: "Ehtimal edirəm ki, yoluxma TV kanallarımızın birində baş verib. Ad çəkmək istəməzdim. Günahı kiminsə üstünə yıxmaq mənlik deyil.
 
"Efirimizə niyə gəlmirsiniz?” deyib giley -güzar edən TV işçiləri, dostlarım! Siz maska geyinsəniz də, biz efirdə maska taxıb oxumuruq. Tanrı xalqımızı qorusun”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.