Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Müğənnilər yox olsaydı, camaat rahat olardı...“ - Natəvandan ETİRAZ - Video

“Müğənnilər yox olsaydı, camaat rahat olardı...“ - Natəvandan ETİRAZ - Video

“Müğənnilər yox olsaydı, camaat rahat olardı...“ - Natəvandan ETİRAZ - Video
2020-11-13 , 17:51

Natavan Həbibi müğənnilərin tez-tez efirlərə çağrılmasını qınayanlara sərt cavab verib.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan sənətçi efirə çıxan müğənnilərin telekanal tərəfindən çağırıldığını bildirib:
“Razıyam, başa düşürəm, müğənnilərin efirə çıxması yaxşı görsənməyə bilər. Özüm heç evimizin qapısından çıxmıram, qaldı efir olsun. Bu günləri çox narahat keçirirəm. İşlərimin hamısı dayanıb. Qətiyyən o hayda deyiləm. Dünyada heç bir müğənni televiziyanın dəvəti və ssenarisi olmadan efirə çıxa bilməz. Müğənnilərin və incəsənət adamlarının 90 faizi televiziyadan dəvət gələndə “yox, gəlmirəm“ sözünü deyə bilmir, demir, demək istəmir, deməyə haqqı yoxdur bəzən... Bütün məsələlər düzəldi, bir müğənnilik də peşə olaraq yox olsaydı, rahat olardı çoxu. Yazıq müğənni vətənə faydalı olmaq üçün nə etsin görəsən? Pulu olan pulu ilə əlindən gələni edir. Halbuki dövlətin ona ehtiyacı yoxdur. Pulu olmayan, bir ildir bir manat qazanc görməyən müğənni nə etsin? Efirə də çıxmasın, səsini də çıxartmasın, ordan da yolu bağlansın, münasibətlər korlansın və sair”.
N.Həbibi insanları bu mövzuları bitirməyə səsləyib:
“Problem bizim bir-birimizə olan sayqı və hörmətdədir. Birlik deyirik. Bəs müğənni də bizimkidir axı. Yaxşısı, pisi hamısı bizimdir. Dünya bizi izləyir indi. Vaxtidir heç bu söhbətlərin? İ̇nsanın işi mahnı oxumaqdır. Dərinə getməyin. Dövlətin telekanalına dəvət alıb gəlibsə, deməli belə lazımdır.Məncə, bitirək bu mövzuları. Bilib bilmədən danış̧maq asandır. Reallıq bəzən heç bir müğənnidən asılı olmaya da bilir”.
Sözügedən görüntüləri  təqdim edirik:



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.