Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”

“Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”

“Arzu edirəm ki, növbəti 10 sutkanı Şuşada yatım”
2020-10-23 , 16:15

Tanınmış fitness məşqçisi Kamil Zeynallı azadlığa çıxıb.


Bu barədə sosial şəbəkə hesabında məlumat verən idmançı əsgərlərə yardım kampaniyasını davam etdirəcəyini qeyd edib.

"Əziz dostlarım, arzu edirəm ki, tezliklə növbəti 10 sutkanı Şuşada yatım. Allah ordumuzu qorusun, hər şey Vətən üçün! Əsgərlərimizə dəstəyimiz davam edəcək, maşın-maşın dəstəklərimiz gedəcək... Harda qalmışdıqsa, oradan da davam edəcəyik”.

Qeyd ki, Kamil Zeynallı tərəfindən internet informasiya ehtiyatında, o cümlədən informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyaların, foto və vidogörüntülərin yayılması halları müəyyən edilmişdi. İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə  Füzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs olunmuşdu.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.