Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Azərbaycanlı müğənnini cəbhəyə aparırlar

Azərbaycanlı müğənnini cəbhəyə aparırlar

Azərbaycanlı müğənnini cəbhəyə aparırlar
2020-10-21 , 17:50

Müğənni Vüqar Muradov cəbhəyə xidmətə yollanır.

Bu barədə ifaçı sosial şəbəkə hesabında məlumat verib:
''Qiymətli dostlarım, mən sabah cəbhəyə xidmətə yola düşürəm. Kim əsgərə pay göndərmək istəyirsə sizin adınızdan əsgər yoldaşlarıma apara bilərəm. Siqaret, ərzaq və ya lazım olan nə varsa dəstək ola bilərsiniz''.
Qeyd edək ki, müğənni bir neçə gün öncə qonaq olduğu proqramda cəbhəyə getmək istəsə də aparmadıqları üçün gileylənmişdi:
Səfərbərliklə bağlı mən də Qax hərbi komissarlığına getdim ki, mənə də ehtiyac olarsa aparın. Bir həftə, on gün gözlədim gördüm səs çıxmır, yaşıma görə aparmadılar. Dedim ki, yaxşı sürücülük qabiliyyətim var, nəsə yük daşıyım, əsgərə dayaq olum. Qapıdan qovdular, bacadan girdik. Axırda dedilər gedin, ay bala, nə istəyirsiniz? Namusuma, şərəfimə and olsun ki, əsgərin ayağını yumağa belə hazıram, təki aparsınlar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.