Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Çəkdiyiniz şəkilləri müharibədən sonra paylaşın“ - Bilal Əliyev həmkarlarına SƏSLƏNDİ

“Çəkdiyiniz şəkilləri müharibədən sonra paylaşın“ - Bilal Əliyev həmkarlarına SƏSLƏNDİ

“Çəkdiyiniz şəkilləri müharibədən sonra paylaşın“ - Bilal Əliyev həmkarlarına SƏSLƏNDİ
2020-10-16 , 17:06

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında qadağan edilən informasiyaları, foto və videogörüntüləri yaydığına görə Baş Prokurorluğa dəvət edilərək xəbərdarlıq edilib.

İnzibati xətalar haqqında qanunvericiliyin tələblərini pozduğuna görə Kamil Zeynallı Füzuli rayon məhkəməsinin qərarı ilə 10 gün müddətinə inzibati tənbeh növündə həbs edilib.
Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Bilal Əliyev həm sənətçiləri, həm də adi vətəndaşları cəbhə bölgəsinə gedərkən diqqətli olmağa səsləyib:
 “Ümumiyyətlə, təkcə sənətçilər yox, hamı buna diqqət etməlidir. Mən bütün Azərbaycan xalqına  səslənirəm: Biz bilirik ki, Ulu öndərimiz və Ali Baş Komandanımız İlham Əliyevin səyləri nəticəsində Azərbaycanda böyük işlər görülüb, dünya səviyyəsində gözəl bir ordu qurulub. Azərbaycan günü-gündən inkişaf edə-edə gəlib elə bir yerə gəlib çıxıb ki, artıq ordumuz işğal edilən ərazilərimizi geri almağa qadirdir. Amma burada bəzi şərtlər var. İçimizdə satqınlar olmamalıdır, cəbhə bölgələrindən şəkillər çəkilibsə paylaşılmamalıdır. Əgər çəkiblərsə, qoy saxlasınlar, müharibə bitəndən sonra nə qədər istəyirlər paylaşarlar. Amma bu gün cəbhə bölgəsində çəkilmiş şəkilləri qətiyyən paylaşmaq olmaz. Lazım olmayan, həqiqəti əks etdirməyən xəbərlər yayılmamalıdır”.
Sənətçi sosial şəbəkələrdə tez-tez şəhid xəbəri paylaşılmasının əleyhinə olduğunu deyib:
“Sosial şəbəkələrdə səhifə idarə edənlər çalışmalıdır ki, qələbə xəbərlərini paylaşsınlar, uğurlarımızı göstərsinlər, belə halda düşmən daha da sınır, məhv olur. Amma səhərdən axşama qədər şəhid xəbəri paylaşırlar, qarşı tərəfin 10 mindən çox ölüsü var, bizdə isə az sayda şəhidlər olur, bu da qaçılmazdır, müharibədə itkilər mütləq olur. Bütün günü hər yerdə o şəhidləri paylaşırlar, kənardan baxanda da elə bilinir ki, çox itkimiz var. Bunları görəndə ermənilər daha da ruhlana bilər. Şəhidlərimizi ürəyimizdə yana-yana yad edirik, bu gün mən də, siz də şəhid ola bilərik, hamımız bu vətən üçün qurban olmağa hazırıq, təki torpaqlarımız hamısı işğaldan azad olunsun. O gün olsun, torpaqlar alınsın, betondan sərhədlər tikək, üstündə də keşikçilərimiz dayansın, silahlar əclaflıq etmək istəyən “qonşumuzu” avtomatik vursun.
Bütün xalqımızı Ali Baş Komandanımız ətrafında bir nəfər kimi birləşməyə çağırıram. Mən illər əvvəl Həcc ziyarətinə gedəndə üçrəngli bayrağımızı da özümlə aparmışdım. Orada bayrağımızı ağlaya-ağlaya Kəbə evinə sürtdüm və  dedim ki, İlahi, qapına gəlmişəm, yalvarıb, dilənirəm ki, bizə kömək ol, itirilmiş torpaqlarımızı geri qaytaraq. Niyət etdim ki, o bayrağı aparıb Şuşada, İsa bulağının üstündə bir yerdən asım. Yəqin ki, duam qəbul olacaq və  gedib o bayrağı asacağıq”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.