Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Sözün var gəl bura, yoxdursa, başını daşa döy!” - Flora Kərimova

“Sözün var gəl bura, yoxdursa, başını daşa döy!” - Flora Kərimova

“Sözün var gəl bura, yoxdursa, başını daşa döy!” - Flora Kərimova
2020-10-13 , 15:47

Erməni təxribatını dəf edən Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir. Hərbi əməliyyatlar zamanı minlərlə erməni əsgərinin öldürüldüyünü artıq qarşı tərəf özü də təsdiqləyir. Erməni cəmiyyətinin, xüsusilə erməni analarının baş verənlərə laqeyd qalması çoxsaylı suallar doğurur. Bəs görəsən, erməni analar öz övladlarının özgə torpaqlarında ölməsinə niyə göz yumur? Ermənistan cəmiyyəti ölkəni fəlakətə sürükləyən Paşinyan rejiminə qarşı niyə etiraz səsini ucaltmır?

Yenisab​​​​ah.az-a məsələ ilə bağlı danışan Xalq artisti Flora Kərimova erməni xalqının qorxudan səsini çıxarmadığını bildirib:
“Onların övladları qırılır, ölür, zəncirlənir. Qorxularından səslərini çıxarmırlar. Onlar desə ki, “Azərbaycana qarşı etdiyiniz vandalizmdir” onıarı öz torpaqlarından didərgin edərlər, qorxularında səs çıxara bilmirlər. Hansı ana istəyər ki, onun balası zəncirlənsin, öz torpağına aid olmayan, kimlərinsə marağı üçün, karyerası üçün balası qurban olsun? Təbii ki, səslərini çıxarmazlar, çıxarsalar deyəcəklər ki, “Sən vətənpərvər deyilsən, müsəlmanları  müdafiə edirsən” və s. Onları qorxutmağa o qədər səbəblər var ki...  Həm də onlarda birlik yoxdur.
Bu yaxınlarda sosial şəbəkələrdə gördüm, kimsə Paşinyanla Hitlerin şəklini birləşdirib, həqiqətən də eynidirlər, hərəkətlər, tonallıq, pafos eynidir. Onlar unudurlar ki, pafos artıq işləmir. Biz təkik, Türkiyədən başqa arxamızda dayanan yoxdur. Çox sağ olsun Pakistan, İngiltərə. Bizim xeyrimizə qərar çıxardılar. Biz çox əziyyət çəkirik, ən böyük əziyyəti isə dövlət başçımız çəkir, çünki hamımız ondan umuruq. Hərdən situasiyanı başa düşmürük, amma tələsmək lazım deyil. Biz bu gün o təndirin alovlarından ayaqlarımızı qurtarırıq. Kimisə ittiham edəndə düşünək ki, nələrdən keçirik”.
Sənətçi xaricdə yaşayan bəzi azərbaycanlıların ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirməsini sərt şəkildə qınayıb:
 “Mənim millətimdən bircə xahişim var, kütləyə çevrilməsinlər. Bəziləri hazıra nazir olmasınlar, şəhidlərin ruhundan utansınlar, anaların göz yaşından utansınlar. Xaricdə oturub, “ağızlarını Allah yoluna qoyurlar”. Abad ölkələrdə, küçələrdə oturub qəhrəmanlıq etməsinlər! Sözün var gəl bura, yoxdursa, qələtini elə, başını daşa döy otur yerində, səsini çıxartma! Çünki millət səndən nə vaxtsa bu heyvani münasibətinin səbəbini soruşacaq. Elə bilmə ki, nəsə danışdım, 5-6 nəfər də dalımca gəldi, bitdi. Sən ermənilərin xaricdəki nümayəndəsi kimi çıxış edirsən, qadınlarımızı təhqir edirsən, nə haqla?! Bəsdir, utanın. Axır əvvəl ölünüz bu vətəndə olacaq, meyitiniz bura gələcək, ancaq şəhidlərin məzarlarının yanında sizin yeriniz olmayacaq. İnsan olun!

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.