Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Onların torpağı işğal olunsaydı, belə qələt eləməzdilər” - Baloğlan Əşrəfov

“Onların torpağı işğal olunsaydı, belə qələt eləməzdilər” - Baloğlan Əşrəfov

“Onların torpağı işğal olunsaydı, belə qələt eləməzdilər” - Baloğlan Əşrəfov
2020-10-09 , 07:14

Əməkdar artist Baloğlan Əşrəfov ordumuzun qazandığı uğurlarla bağlı sevinc hislərini bölüşüb.

Sənətçi ordumuzla fəxr etdiyini bildirib:
“Allah bizim xalqımızı, əsgərlərimizi qorusun. Mənfur düşmənlərimizin bizə qarşı etdiyi hərəkətlər hamı kimi məni də kədərləndirir. Düzdü, daha çox sevinirəm ki, cəbhədə qoşunlarımız torpaqlarımızı bir-bir ermənilərin əlindən qoparıb alırlar. Son zamanlar bizim Prezidentimizin dəyərli çıxışlarına baxanda adam daha da ilhamlanır. Mən bir daha əmin oldum ki, Azərbaycan gözəl insanların əlindədir  və Prezidentimlə fəxr edirəm. Onun dediyi sözlər bu dəqiqə zərbi-məsələ dönüb. Əminəm ki, əldən gedən torpaqlarımızın hamısını azad edəcəyik. Vaxtilə mənim dayım oğlu Tağıyev Nəsib Qərib oğlu da Qarabağ uğrunda gedən döyüşlərdə şəhid  olub. Sevinirəm ki, torpaqlarımız alınır”.
Müğənni Qarabağ haqda yazdığı şeiri də oxuculara təqdim edib:
İndi heç yeri deyil nə sərvətin, nə varın,
Nəyiniz var xərcləyin, Qarabağı qaytarın.
Adı əbədiyyətə qanla yazılanların,
Qarşısında baş əyin, Qarabağı qaytarın.
 
Qəbirləri od tutub Üzeyirin, Cabbarın,
Ruhlarına and için Qarabağı qaytarın.
Şuşam qalıb qalasız, sanki ana balasız,
Davalı, ya davasız Qarabağı qaytarın.
Dar günündə vətənin düşmənlərinə qənim,
Ordumuza güvənin, Prezidentə güvənin,
Qarabağı qaytarın.
B.Əşrəfov bildirib ki, Beynəlxalq təşkilatları dinləyib  döyüşdən geri çəkilmək olmaz:
“Biz öz torpaqlarımız uğrunda vuruşuruq, başqalarının torpağı üçün vuruşmuruq ki, geri çəkilək. Beynəlxalq təşkilatların başı xarabdır, mənim torpağım zəbt olunub. Onların özlərinin torpağı işğal olunsaydı, belə qələt eləməzdilər. Torpağım uğrunda vuruşuruq, bu qədər qələbədən sonra dayanmaq olmaz. Prezident də dedi ki, ermənilər torpağımızdan çıxsınlar, ondan sonra söhbət edərik”. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.