Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Mən hələ qudurmamışam ki, restoran açım” - Yaşar Nurinin qızı

“Mən hələ qudurmamışam ki, restoran açım” - Yaşar Nurinin qızı

“Mən hələ qudurmamışam ki, restoran açım” - Yaşar Nurinin qızı
2020-09-25 , 14:03

Pandemiya dövrü bir çox sahələri zəiflətdiyi kimi, toy və şou proqramlardan pul qazanan sənət nümayəndələrindən də yan keçmədi, onların konsertləri, əsas gəlir yerləri olan toy şənlikləri ləğv olundu. 

Dəbdəbəli həyat tərzi sürməyə öyrəşmiş şou-biznes nümayəndələri pandemiyanın maddi durumlarına etdiyi mənfi təsirlərdən gileylənməyə başladılar. Evlərini, maşınlarını satışa çıxaranlar kim, yeni biznes qurmağa cəhd edənlər kim…
Yenisabah.az-a danışan  mərhum Xalq artisti, Yaşar Nurinin , müğənni Ülkər Yaşarqızı pandemiya dövründə bütün sənət adamları kimi çətinlik çəkdiyini deyib:
“Məndə vəziyyət o qədər də yaxşıdır deyə bilməyəcəyəm, bütün müğənnilər necədirsə, mən də eləyəm. Hazırda heç kəsdə vəziyyət yaxşı deyil, amma sağ olsun yaxşı dostlar. Onların dəstəyi ilə birtəhər yaşaya bilirik. Əlavə gəlir yerim, şəxsi biznesim yoxdur. Çox adam restoranla bağlı suallar verir, ora mənim dostumun məkanıdır. Mən sadəcə orada “art director” və menecerəm. Mənim o boyda pulum yoxdur ki, durum  özümə restoran açım, o  qədər də qudurmamışam”.
Müğənni maddi çətinlikləri olsa da hələ ki, evini, maşınını satışa çıxarmadığını bildirib:
“Açığı, pandemiya elə bir dövrdür ki, hamı çətinlik çəkir. Kim deyirsə, “mən əla dolanmışam” inanmıram. Ola bilər ki, kiminsə ehtiyatda pulu olub, bu, başqa bir şeydir. Amma ümumi danışsaq, hamıda vəziyyət pisdir. Hələ ki, heç nəyimi satışa çıxarmamışam, satmaq fikrim yoxdur. Gələcəkdə ola bilər vəziyyət pisləşsə, bəlkə mən də sataram, bilmirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.