Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Azərbaycanlı müğənnilərə 200 min dollardan çox pul “atdılar”

Azərbaycanlı müğənnilərə 200 min dollardan çox pul “atdılar”

Azərbaycanlı müğənnilərə 200 min dollardan çox pul “atdılar”
2020-09-24 , 14:00

Azərbaycanda bir müddətdir fəaliyyət göstərən Türkiyənin “WediaCorp” şirkəti ilə məşhur müğənnilər arasında qalmaqal yaşanıb. Belə ki, agentliyin Azərbaycan üzrə menecerləri sənətçilərin “YouTube” gəlirlərini mənimsəməkdə ittiham edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisədən xəbər tutan şirkətin rəhbəri Funda Şən İstanbuldan Bakıya gələrək zərərçəkən sənətçilərlə görüşüb. Məlum olub ki, müğənnilər - Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, bəstəkar Ruslan Səfəroğlu və Nəfəs kimi bir neçə tanınmış simaların ümumilikdə 200 min dollardan çox pulu mənimsənilib.
Ən çox zərərçəkən isə Şəbnəm Tovuzlu olub. Dörd ildir çalışdığı şirkətin azərbaycanlı menecerləri tərəfindən müğənninin 100 min dollara yaxın pulu “yeyilib”.“WediaCorp” direktoru Funda Şən məlumatı sayta təsdiqləyib. O, azərbaycanlı menecerlərlə əməkdaşlığa son qoyduğunu qeyd edib:
“Məlumat doğrudur. Azərbaycanda heç bir menecerlə işləməyəcəyəm. Hamısının mərkəzi ofislə əlaqəsini kəsdim. Ortada gəzib pul qazanan insanlardır. Rəqəmlər də doğrudur. 140-200 min dollara yaxın pul mənimsənilib. Çox olub ki, az olmayıb”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.