Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » Tolik Mikayılı ələ saldı - Foto

Tolik Mikayılı ələ saldı - Foto

Tolik Mikayılı ələ saldı - Foto
2020-09-24 , 13:26

Tanınmış aparıcı Mikayıl Güləddinoğlunun “Evdə repə, caza qulaq asıram” fikirləri müzakirələrə səbəb olub:

“Maşınıma birinci dəfə əyləşən hamı təəccüblənir. Çünki görürlər ki, avtomobillimdə Nino Rotanı, repi, cazı, simfoniyanı dinləyirəm. Bu onlara qəribə gəlir. Anlamırlar ki, ekranda mən başqayam, həyatda isə tam fərqliyəm. O mənim işimdir, bu isə ruhum. Ya da ki, evə çox yorğun gedəndə dərhal Markesdən bir-iki səhifə oxuyuram, sonra öz-özümə Ramiz Rövşəndən şeir deyib rahatlaşıram. Bir sözlə efirdəki sintezator, "toyxana" səsi mənim işimdir. O ruhum ola bilməz”.
Yenisabah.az xəbər verir ki, onun həmkarı Tarix Əliyev (Tolik)  də məsələyə reaksiya verənlər sırasında olub. Tolik sosial şəbəkə hesabında nə caza, nə də repə qulaq asdığını deyib:
“Şəxsən nə rep, nə də “jazz” dinləyirəm. Nə yalan deyim. Hamı necə mən də elə”.
O, izləyicilərinə “Mikayıl repə, caza qulaq asır. İnandınız, ya yox?” -deyə sual ünvanlayıb.
Sorğuda iştirak edənlərin 71 faizi Mikayıla inanmadığını qeyd edib. 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.