Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » “Elzanı bəyənmirik, vaxtilə Mirzə Cəlili, Sabiri də bəyənmirdilər” - Əməkdar artist

“Elzanı bəyənmirik, vaxtilə Mirzə Cəlili, Sabiri də bəyənmirdilər” - Əməkdar artist

“Elzanı bəyənmirik, vaxtilə Mirzə Cəlili, Sabiri də bəyənmirdilər” - Əməkdar artist
2020-09-23 , 15:29

“Bu da performansdır, insanlar nəyləsə də seçilməlidir. Elza da belə tutuzdurdu, kitabını çıxardı, təqdimatına mən də getmişdim”. 

Yenisabah.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib. Ə.Mirəliyev dostluq münasibətləri olan Elza xanımın getdikcə, maraqlı şeirlər yazacağına ümid etdiyini bildirib:
“Elza Seyidcahanın şeirlərini bu gün bəyənmirik, düzdür. Vaxtilə Cəlil Məmmədquluzadəni də, Mirzə Ələkbər Sabiri də bəyənməyiblər. M.Ə.Sabirin dövründə yaşamamışıq, amma onun şeirləri, satiraları bu gün də yaşayır, dillər əzbəridir. İndi Elza da şeir yazmağa başlayıb, yazır, amma elə şeylər var ki, onu dərinləşdirmək lazımdır. Şair olub, şeir yazmaq istəyir, bəlkə də get-gedə düzələcək. Elə Elzanın şeirindəki “tikim sənin ağzını” misrasıyla o birisi eyni şeydir də, fərqi var ki? (Gülür) Bu da performansdır, insanlar nəyləsə də seçilməlidir. Elza da belə tutuzdurdu, kitabını çıxardı, təqdimatına mən də getmişdim. Elza mənim dostumdur, onun xətrini çox istəyirəm, amma mən də hərdən ona deyirəm ki, Elza, bu nədir yazırsan? O, da deyir ki, mənə şeirin təbi gəlir. Deyirəm ki, doğrudan, sənə fərli başdı təbi gəlmir? (Gülür) Mən də onu, o, da məni çox istəyir, zarafatımız var. İndi o, da bu cür insandır da”.
Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan bu dəfə də koronavirusa şeir həsr edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.