Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » “Bunu edən şəxs və onun komandası...” - Tanınmış aparıcıya kimlər hücum çəkirmiş?

“Bunu edən şəxs və onun komandası...” - Tanınmış aparıcıya kimlər hücum çəkirmiş?

“Bunu edən şəxs və onun komandası...” - Tanınmış aparıcıya kimlər hücum çəkirmiş?
2020-01-15 , 17:55

Tanınmış teleaparıcı Azər Zahid yenidən efirə qayıdacağını deyib.

“Yeni Sabah” xəbər verir ki, Azər sosial şəbəkədə bununla bağlı yazaraq onu illərdir efirlərdən kənar saxlayan şəxsin vəzifədən getdiyini açıqlayıb. Aparıcı həmçinin sosial şəbəkədə yazdıqlarının da gizlədildiyini bildirib:

“Allah hər kəsin ürəyincə versin! Bu yaxınlara qədər düz 2017-ci il sentyabr ayından, yəni mənim ATV və ümumiyyətlə TV efirindən ayrıldığım gündən mənə aid sosial media hesablarım gün ərzində spam edilirdi, hide (gizli) rejiminə salınmışdı! Yəni ki, mənim hesablarım camaat üçün görünməz olmuşdu. Şükür Allaha ki, bunu edən şəxs və onun komandası artıq öz vəzifəsindən uzaqlaşdırılıb. İnşallah, televiziya efirlərində yenidən maraqlı layihələrlə qarşınızda olmağa çalışacağam”.

Qeyd edək ki, A.Zahid 2017-ci ildə ATV telekanalından ayrılıb. Buna aparıcının kanalın “ATV dizayn” qrupunun eks rəhbəri, rejissor Rauf Ocaqverdiyevlə münaqişə etməsi səbəb olub. Belə ki, telekanalda yayımlanan “Top ulduzlar” layihəsinin çəkilişi zamanı onlar dava edib və münasibətləri pozulub. Buna görə də layihənin yarıdan çoxu efirə verilməyib. Qəzəblənən Azər Zahid telekanaldan ayrılmaq qərarına gəlib.

Xatırladaq ki, telekanaldakı dəyişikliklərdən sonra Rauf Ocaqverdiyev də işdən çıxarılmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.