Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » “Qatil Hacı Məmmədovla sizin aranızada böyük fərq yoxdur” – Brilliant ƏSƏBLƏŞDİ

“Qatil Hacı Məmmədovla sizin aranızada böyük fərq yoxdur” – Brilliant ƏSƏBLƏŞDİ

“Qatil Hacı Məmmədovla sizin aranızada böyük fərq yoxdur” – Brilliant ƏSƏBLƏŞDİ
2020-07-28 , 11:30

Xalq artisti Brilliant Dadaşova ilə jurnalist Sevinc Osmanqızı arasında qalmaqal davam edir. 

B.Dadaşova sosial şəəkədə onun fikirlərinə münasibət bildirərkən jurnalisti dedi-qoduçu adlandırıb:
"Sən demə, bu qadın da ən adi, sıradan bir dedi-qoduçu imiş. Sevinc Osmanqızı, mənim haçansa Hacı Məmmədovla hər hansı bir tanışlığım və münasibıətim olubsa Allah mənə lənət etsin!!! Sizin kimi bəsit metodlara əl atan şər-böhtançılar yalan uydurduğunuza görə də Allah Sizə lənət eləsin! Sizin səhifənizdə paylaşdığınız bu statusunuz nə qədər tərbiyəsiz və əxlaqsız olduğunuzu ortaya qoydu! O insan öz xalqının nümayəndələrini, qardaş və bacılarını qətlə yetirib fiziki cəhətdən yox edirmiş! Siz də öz xalqınızın nümayəndələrinə mənəvi zərbələr vuraraq qətlə yetirirsiniz! Bu prizmadan baxdıqda sizin qatil Hacı Məmmədovla aranızda böyük bir fərq yoxdur!!! Dedi-qodu, şər, cəfəngiyyat baxımından da - əlində mikrofon tuta bildiyi üçün, adını müğənni qoyub, barəmdə dəxlisiz qeybət uydurub yayan bəsit qadınlardan heç bir fərqiniz yox imiş!"
Qeyd edək ki, S.Osmanqızı sənətçi haqda "Brilliant Dadaşova deyir ki, S.Osmanqızının başını qoparıb, ətini didərəm. Yəqin Hacı Məmmədovla Qusarda şahmat oynayanda öyrənib" - deyə fikir bildirmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.