Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » “Bıçağı əlinə alıb, üstümə düşdü” – Ülvira estetik əməliyyatından danışdı

“Bıçağı əlinə alıb, üstümə düşdü” – Ülvira estetik əməliyyatından danışdı

“Bıçağı əlinə alıb, üstümə düşdü” – Ülvira estetik əməliyyatından danışdı
2020-05-27 , 17:51

Şou-biznesdə plastik əməliyyat masasına uzanan məşhurların sayı günbəgün artır. Onların plasik əməliyyat keçirməsi haqqında mediada, sosial şəbəkədə məlumatlar yer alsa da, özləri bunu əksər hallarda etiraf etmir.


Yenisabah.az xəbər verir ki, bu məşhurlar karvanına qoşulan teleaparıcı Ülvira Qarayeva sosial şəbəkədə əməliyyatlardan öncəki fotosunu paylaşaraq ilk əməliyyatında danışıb: “Atadanqalma bir estetik qüsurum vardı, iltifat etmək istəyənlər ikiüzlücə yalan danışardı – “yox, bu, səni korlamır, heç görünmür, nə bilim nə... Özüm kor deyildim, gözlərim var idi, altında da tünd tuluqlar. Efirdən əvvəl ha qrimçi bir ton tonal krem, üstündən açıq rəngli pudra çəksin xeyiri yox idi, hirsli üz ifadəsi məni tərk etmirdi. O vaxtlar yaxın dostluq etdiyim, sonradan yollarımız ayrılan bir rəfiqəm bu problemi aradan qaldırmaq üçün məni tanış həkiminin yanına apardı. Özü həmin həkimin əlinin altında bir neçə dəfə sağ-salamat yatıb-durmuşdu. Dilqəm Məhərrəmov çoxdan Bakıya səs salmışdı, duran-duran yanına qaçırdı. Mən də qaçdım və həyatımda ilk dəfə, özü də könüllü şəkildə əməliyyata girdim”.

47 yaşlı aparıcı ilk əməliyyatının göz ətrafında olduğunu etiraf edib: “Doktor gözümün ətrafını iynələyirdi, sonra eyni yerləri çimdikləyirdi, görəndə ki, hissiyyat yoxdu, aldı əlinə bıçağı, düşdü üstümə. Əslində skalpel idi. Alt kipriklərin düz altını kəsdiyi yeri hiss eləmirdim, amma yanıq iyindən hiss eləyirdim ki, məni kəsirlər. Darıxmamaq üçün Puşkindən, Lermontovdan deklamasiya elədim, gördüm yox, doktorun işi uzanır, başladım mahnı oxumağa - bu hiylə mənə həmişə qazandırıb, La Skalanın həsrət qaldığı möhtəşəm kontraltomu eşitməmək və məni tələsik başından eləmək üçün hamı tələsərdi, adətən. Nə isə ki, əməliyyat onsuz da sona gəlirdi, artıq dəridən keçən sapların səsini eşidirdim - doktor tikiş qoyurdu. Əməliyyatdan İlhamə Quliyeva özgüvəni ilə çıxmışdım, amma üzüm eyni özgüvəni haqq etmirdi - kipriklərin dibində tikanlanan saplar, həkimin göy markerlə çəkdiyi xəttlər məni model görünüşündən daha da uzaqlaşdırmışdı. Vaxtı çatanda tikişləri açdırmağa getdim. Bu, mənim ilk və çox bəyəndiyim dəyişimim oldu, cizgilərim və baxışım yumşaldı. Amma doktorla son görüşüm deyildi, hələ çox düşəcəkdim əlinə”.

Qeyd edək ki, keçirdiyi plastik əməliyyatlar Ülviranın görünüşünü tamamilə dəyişib. O, burun, göz ətrafı, buxaq və çənə nahiyəsində estetik əməliyyatlar keçirib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.