Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » AZTV KARANTİN REJİMİNİ KOBUD SURƏTDƏ POZDU-VİDEO

AZTV KARANTİN REJİMİNİ KOBUD SURƏTDƏ POZDU-VİDEO

AZTV KARANTİN REJİMİNİ KOBUD SURƏTDƏ POZDU-VİDEO
2020-05-10 , 15:43

AzTV Nazirlər Kabinetinin Operativ Qərargahının xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozub.

Aydınlıq.az Mediatime.az-a istinadla xəbər verir ki, kollektiv bir neçə gün öncə, təxminn 6 may tarixində karantin dövründə müvəqqəti fəaliyyəti dayandırılan Musiqili Teatrın binasını açdıraraq, 80 nəfərdən ibarət çəkiliş ediblər. Çəkiliş zamanı xüsusi karantin rejiminin qaydalarına əsasən ara məsafəsi saxlanılmayıb və üz maskalarından istifadə edilməyib. Çəkilişdə Simfonik Orkestr və Xor kollektivi, o cümlədən bir neçə ifaçılar da iştirak edib. Həmçinin kanalın aparıcısı Kamran Ağabalayev də çəkilişdə olub.

Məsələ ilə bağlı Azərbaycan Televiziyasının Musiqi kollektivinin rəhbəri, əməkdar artist Zaur Əmiraslanov çəkilişin karantin qaydalarının tətbiq edilməsindən öncə baş tutduğunu bildirib. Lakin xatırladaq ki, xalq artisti Faiq Ağayev təxminən 5 gün öncə sahib olduğu yeni saç tərzi ilə sözügedən proqramda çıxış edib. Həmçinin xalq artisti Tünzalə Ağayevanın da yeni imici də məhz karantin zamanına təsadüf edir.
[frame=//player.bax.tv/101171.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.