Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » Kamil Zeynallı bu dəfə 300 ailəni sevindirdi – İdmançı xeyirxahlıq missiyasını davam etdirir

Kamil Zeynallı bu dəfə 300 ailəni sevindirdi – İdmançı xeyirxahlıq missiyasını davam etdirir

Kamil Zeynallı bu dəfə 300 ailəni sevindirdi – İdmançı xeyirxahlıq missiyasını davam etdirir
2020-05-06 , 19:54

Koronavirus pandemisyasının ölkəmizdə müşahidə edildiyi ilk günlərdən xeyriyyəçilik aksiyalarına start vermiş tanınmış idmançı, fitnes məşqçisi Kamil Zeynallı bu nəcib ənənəni davam etdirməkdədir.

Aydınlıq.az Sfera.az-a istinadən xəbər verir ki, karantin günlərində işləyə bilməyən və bu səbəbdən pulsuz qalan ailələrə yardım etməklə insanların rəğbətini qazanmış idmançı bu günlərdə Ucar rayonunun Yuxarı Şilyan Kəndində 300 ailəyə ərzaq yardımı paylayıb. Kamil Zeynallı bununla bağlı paylaşdığı videogörüntüdə bildirib ki, Ucar rayonunun Yuxarı Şilyan kəndində doğulub-böyümüş Natiq adlı şəxsin maliyyə dəstəyi ilə baş tutmuş aksiyada məqsəd ehtiyacı olan şəxslərə yardım etməklə ölkə prezidentinin siyasətinə dəstək nümayiş etdirməkdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.