Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » Gülüstan Əliyevə köçkünləri aşağılayan jurnalisti erməni adlandırdı

Gülüstan Əliyevə köçkünləri aşağılayan jurnalisti erməni adlandırdı

Gülüstan Əliyevə köçkünləri aşağılayan jurnalisti erməni adlandırdı
2020-04-27 , 11:15

Jurnalist Durdanə Abbasqızının qaçqın və məcburi köçkünlər haqda fikirləri qalmaqala səbəb olub. Onun "qaçqınlar istədikləri kimi yaşayırlar, dövlət onlar üçün yüksək səviyyədə hər şəraiti yaradır, bu həyat onlar üçün çox asandır" deməsi məşhurlarda da qıcıq yaradıb.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Gülüstan Əliyeva sosial şəbəkədə sözügedən görüntüləri paylaşaraq D.Abbasqızına sərt cavab verib. Sənətçi onu erməni adlandırıb: "Ey milliyyəti məlum olmayan Durdanə, valideyninin kim olduğu məlum olmayan, vətən torpaq nə demək olduğunu qanmayan bədbəxt yaratıq. Bu gün hər bir qaçqının, köçkünün həyatı, yaşayışı ilə yaxından maraqlanan, xalqının hər dərd-sərinə can yandıran dövlət başcımızın fəaliyyətinə indi də belə kölgə salmaq istəyirsiniz? Bəli, dövlətimiz hər zaman, hər yerdə vətəndaşının arxasındadır, bütün varlığı ilə xalqlnın rifahı üçün çalışır. Ar olsun öz içimizdəki ermənidən betər ermənilərə. Ar olsun belələrini küçəyə ötürən vicdansızlara".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.