Yenilik.Az
www.Aydinliq.Az » Maqazin » "KİMİNSƏ FƏHLƏ OLMASI MƏNİM GÜNAHJIM DEYİL"-NADİR QAFARZADƏ(VİDEO)

"KİMİNSƏ FƏHLƏ OLMASI MƏNİM GÜNAHJIM DEYİL"-NADİR QAFARZADƏ(VİDEO)

"KİMİNSƏ FƏHLƏ OLMASI MƏNİM GÜNAHJIM DEYİL"-NADİR QAFARZADƏ(VİDEO)
2020-04-26 , 15:35

“Virusun gəlişi çox fəsadlar yaratsa da, amma bir çox məsələlərdə insanları ayıltdı. İnsanlar biri-birilərini sevməyə başladı, hətta nifrət də oyatdı”.


Yenilik.az xəbər verir ki, bu sözləri ARB TV-də yayımlanan “Üçəlli” axşam şousunda qonaq olan müğənni Nadir Qafarzadə deyib.

Sənətçi karantinin insanlara faydalı olduğunu bildirib:

“Karantinin gəlişi bir çox fəsadlar yaratsa da, amma insanları ayıltdı. Virus insanlara sanki “çaşmayın” xəbərdarlığı verdi. İndi belə bir hal başlayıb, “filankəs imkanlı, filankəs imkansızdır”. Məsələn, siz anadan olanda artıq Allah tərəfindən aktyor olacağınız taleyinizə yazılmışdı. Fəhlə olanda, taleyimə fəhləlik düşmüşdü. Biz bunu necə anlamırıq ki, kiminsə fəhlə olmağı mənim günahım deyil. Kiminsə professor olması da mənim savabım deyil. Bunu bizim üçün Allah yazır. Sən sadəcə olaraq, məqsədinə çatmaq üçün səy göstərməlisən. Tez həyatdan küsürsən, ruhdan düşürsən. Gəlin, bu məsələlərdə biri-birimizə ehtiyatlı yanaşaq.
[frame=//player.bax.tv/100014.html]
Bu günlər bitəcək, bir ay oldu keçdi. Koronavirus dövründə Allah biri-birimizi tanıtmağa imkan verdi. Bu bizim münasibətimizi itirməməlidir. Biz necə varıqsa, elə də yaşamalıyıq. 20-30 manatlıq bağlama yardımlar da bitəcək, yenidən gözəl yaşayacaqsınız. Ruhdan düşmək lazım deyil. Müvəqqəti çətinlikdir. Allahın bir imtahanıdır. Kimsə bundan alnıaçıq, üzüağ çıxır, kimsə...”. /Oxu.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.