Yenilik.Az
www.AYDINLIQ.az » Maqazin » Brilliant Dadaşova: “Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim” - VİDEO

Brilliant Dadaşova: “Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim” - VİDEO

Brilliant Dadaşova: “Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim” - VİDEO
2020-04-04 , 18:17

“Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Dostlarım da videoya çəkdi. “Tet-a-tet” adlı mahnımın klip çəkilişində fasilə idi, onda çəkilmişdi”.


Aydınlıq.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Show News” proqramına açıqlamasında bildirib.
Məşhur müğənni bir müddət əvvəl sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntüləri barədə danışıb:
“Tənqid edənlərə baxsanız, hər şey aydın olar. Onları “qara siyahı”ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə vaxt itirmərəm. Bunlar vaxt itirib rəy yazırlarsa, deməli, narahatdırlar.
Özünə əziyyət verib yazır, şər, böhtan atır, təhqir edir, demək ki, qıcıqlanır, narahatdır. Onu “blok” etmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim, tapdılar. Həmin uşaq bir Xalq artistinin qızının dostu çıxdı. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, söhbəti böyütmədim”. Qafqazinfo

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.