Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » “Əgər sizi karantinə aparsalar, bütün ailənizi...” – Ədalət

“Əgər sizi karantinə aparsalar, bütün ailənizi...” – Ədalət

“Əgər sizi karantinə aparsalar, bütün ailənizi...” – Ədalət
2020-04-01 , 18:50

Əməkdar artist Ədalət Şükürov koronavirusdan qorunmaq məqsədi ilə evindən çıxmadığını bildirib.


Yenisabah.az xəbər verir ki, müğənni "Instagram"da görüntülərini "evdə qalın" başlığı altında paylaşıb.

Sənətçi vətəndaşlara evdə qalmağın karantinə alınmaqdan daha yaxşı olduğunu xatırladıb:

“Görürəm ki, insanlar vəziyyəti artıq başa düşür. Mən özüm də evdə oturan insan deyiləm, işə-gücə gedənəm, amma zəmanə bunu tələb edir, evdə qalmalıyıq. Biz karantin müddətini özümüz uzatmamalıyıq. Mən əminəm ki, 14 gün karantində oturmaqdansa, 20 gün evdə oturmaq daha yaxşıdır. Ona görə ki, əgər sizi karantinə aparsalar, bütün ailənizi, hətta yaşadığınız binada ünsiyyətdə olduğunuz insanları da karantinə aparmalı olacaqlar. Bu da heç kimə lazım deyil. Ondansa, oturun evdə. Neyləyək, vəziyyət budur. Bütün dünyaya baxanda görürsünüz nələr baş verir, qurban olum Azərbaycana”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.