Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » Elza Seyidcahan koronavirusa şeir həsr etdi: "Taclı eybəcər"

Elza Seyidcahan koronavirusa şeir həsr etdi: "Taclı eybəcər"

Elza Seyidcahan koronavirusa şeir həsr etdi: "Taclı eybəcər"
2020-03-30 , 16:10

Əməkdar artist Elza Seyidcahan dünyanı vəlvələyə salan COVİD 19-a şeir həsr edib.

BAKU.WS bəstəkar-müğənninin "Taclı eybəcər" adlandırdığı şeirini təqdim edir:

Deyək sənə, nöş gəlmisən?!
Yoxsa deyək, xoş gəlmisən?
Sən ey taclı eybəcər,
İçində bir insaf varsa,
Nə olar, çıx get.
Vicdansız olmaz əcəl,
Yaşama qarğadan betər!
Tacın sənə qalxandırsa,
Qalxanını öz başında
Edəcəyik tikə-tikə.
Biz olaq əkə, sən bizə ləkə,
Virusunla virusları
Silkələ, məhv elə.
Elə et ki, ulasınlar.
İt kimi tutub, yıx yerə, qap.
Döyəclə, göyərt, yırğala, çap.
Sillələ, sillələ...
Dondurma virus.
Sən hərdən gəl,
Qanımızı, südümüzü,
Təmizlə.
Dostumuza hörmət elə,
Düşmənimizi kənizlə,
Zinamızı düyünlə
Qorxunc səsin-küyünlə.
Sədası xoşdur düzü,
Təmiz vicdan səsinin əks-sədasıdır özü.
Koronavirus.
Sirus əmi, düyümüzü, ətimizi,
Pilus əmi, paklığımızı, səmtimizi,
Sən isə bizim axırımızı?
Rahat yatmaq istəyənlər,
Öldü yüzü.
Açıldı üzü, dirildi quzu.
Qanlı virus.
Sən bizə dürüst, biz sənə sürük.
O mənə düşük, mən ona küsük.
Hər birimiz tükdən nazik "Qıl körpüsü"
Koronavirus,
İstəyirəm, vicdan rahatlığım gəlib
Şükran rahatlığım olsun.
Ləkəli vicdan, hamı üçün,
Keçmiş olsun.
Təmiz vicdan,
Əyləncələr yanğısının məşəli olsun.
İstəyirəm, gözləyirəm, ağlayıram,
Mən onu çox istəyirəm,
Hallıların amanı gəlsin özlərinə.
Yamanların yaxşısı girsin gözlərinə.
Sərvətimin qiymətidir vicdanlılığım.
Vicdanımın külündən bəhrələndim.
İnsaf dinin yarısıdır, ləkəli virus.
Onsuz da sən nifrətlərə dönəcəksən.
Vaxt gələcək öləcəksən,
Sənin kimi ölənləri,
Basdıran da olmayacaq!"

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.