Yenilik.Az
ww.Aydinliq.Az » Maqazin » Elariz Amerikada xoşbəxtdir: İşləri “yağ kimi” gedir

Elariz Amerikada xoşbəxtdir: İşləri “yağ kimi” gedir

Elariz Amerikada xoşbəxtdir: İşləri “yağ kimi” gedir
2020-03-16 , 13:06

Bir müddət öncə Amerikaya köçən, sənətini orada davam etdirən və Nyu-Yorkda dönərxana açan Elariz Məmmədoğludan xəbər var.



Yenisabah.az xəbər verir ki, dünyada koronavirus pandemiyasına yoluxanların sayının 169 mini keçməsinə baxmayaraq, ifaçı Amerikada sənət fəaliyyətini əvvəlki həvəslə davam etdirir. 55 yaşlı Elariz sosial şəbəkədə həm şəxsi biznesi barədə, həm də oxuduğu məkanlardan görüntüləri izləyiciləri ilə bölüşür. Paylaşılan görüntülərdən müğənninin xoşbəxt olduğu sezilir.

Paylaşılan görüntülərdən məlum olur ki, yayılan pandemiya müğənniyə o qədər də təsir etməyib. O, panikaya qapılmayıb və işlərinə davam edir. Azərbaycandakı həmkarlarından fərqli olaraq, Amerikada Elarizin işlərinin “yağ kimi” getdiyini söyləmək olar.

Bəzi izləyiciləri ona “Kaş Bakıya da gəlsən”, “Sənsiz Bakı toylarının dadı-duzu qalmayıb”, “Özünü orada virusdan qoru”, “Oradasınız deyə Bakı üçün darıxmısınız deyəsən” kimi rəylər yazıblar. İfaçı Bakı üçün darıxdığını bildirib.

Qeyd edək ki, Elariz Məmmədoğlu 2018-ci ilin yazında “green-card” (Amerikada daimi yaşamaq hüququ verən sənəd) udub, lakin ABŞ-a getmək istəməyib. Ancaq müğənninin həyat yoldaşı onu ABŞ-a köçməyə inandıra bilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.