Yenilik.Az
www.AYDINLIQ.az » Maqazin » “Dedilər, dedilər, axırda toyları da qurutdular” – Vasif Məhərrəmli

“Dedilər, dedilər, axırda toyları da qurutdular” – Vasif Məhərrəmli

“Dedilər, dedilər, axırda toyları da qurutdular” – Vasif Məhərrəmli
2020-03-13 , 16:07

“Bizi nə fəlakət gözləyir, onu bir Allah bilir. Nə oyundur, nə məsələdir anlamıram, yarısı koronavirusdursa, yarısı da oyundur”.


Bu fikirləri Yenisabah.az-a Əməkdar artist Vasif Məhərrəmli Koronavirus pandemiyası barədə danışarkən söyləyib.

Müğənni virus səbəbilə toyların olmamasından gileylənib: “Hamı necə qorunmağa çalışırsa mən də eləyəm. Çalışıram virusdan qorunam. Toylar onsuz da güclü deyildi bu aralar, ona görə də təxirə salınan hansısa toyum yoxdur. O qədər toy, toy dedilər ki, Allaha çox şükür? toylarımızı da qurutdular. Artıq toylar da yoxdur. Yəqin ki, bundan sonra bəzilərinin danışmağa sözləri olmaz. Heç bilmirəm bu işlərin axırı nə olacaq. Yarısı koronavirusdursa, yarısı da oyundur. Mən ancaq deyə bilərəm ki, Allah ölkəmizi, xalqımızı bu bəladan qorusun. Gündə bir bəla çıxardırlar. İndi də koronavirusu çıxarıblar. Düşünürəm ki, biz böyük ölkələrin oyununun qurbanına çevrilmişik”.

Əməkdar artist kütlənin çox olduğu yerlərdə öpüşüb-görüşməyi yığışdırmağın vacib olduğunu bildirib: “Hamı kimi mən də çalışıram ki, virusdan qorunam, övladlarımı, ailəmi qoruyam. Dövlətimiz sağ olsun ki, bu virusa görə müəyyən məbləğ ayırdı, məktəblərdə, universitetlərdə dezinfeksiya işləri apardı. Bu addım təqdirəlayiqdir, əvvəlcədən önləmə planı çox yaxşıdır. Dövlətimiz əlindən gələni edir, kimsə haradasa virusa yoluxacaqsa, buna dövlət nə etsin?! Çalışmaq lazımdır ki, maksimum dərəcədə özümüzü qoruyaq. Baxın, dünya şöhrətli futbolçu Ronaldo koronavirus təhlükəsinə görə artıq İtaliyanı tərk edib gedib Portuqaliyaya. Adam özü-özünü karantinə alıb. Bu Ronaldo tərəfdən təqdirəlayiq hərəkətdir. Çalışmalıyıq ki, kütləvi tədbirlərdə iştirak etməyək, iştirak etsək belə görüşməklər, öpüşməklər yığışdırılmalıdır. Srağagün UEFA Çempionlar Liqasını izləyirdim, baxıram ki, hətta baş məşqçilər belə oyunun sonunda bir-biriləri ilə görüşəndə sadəcə yumruqlarını bir-birinə vurdular. Bu özü də bir mesajdır ki, belə görüşmək lazımdır. Mütləq deyil ki, qucaqlaşasan, öpüşəsən”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.