“Mən də əsgər anasıyam, ürəyim yanır”

“Mən də əsgər anasıyam, ürəyim yanır”
Tarix : Oxunma : Yorum Yaz

Şair Nazilə Səfərli ötən gün şəhid olan Azərbaycan ordusunun əsgəri Samir Xudiyevlə bağlı paylaşım edib. 

OLAY yazır ki, şəhidin görüntülərini paylaşan Nazilə kədərini dilə gətirib:

“Nə yatdın ki, nə yuxu görəsən, ay körpəm? Sənin arzuların var idi axı oğul. Düşmən gülləsinə tuş gələn, ana sinəsinə dağ çəkən balam.
Məkanın cənnətdir şəhidim, amma bunu bil ki, yoxluğun anan üçün cəhənnəm odundan betər olacaq. Allah səbr versin. Vətən sağ olsun.
Mən də əsgər anasıyam. Ürəyim yanır, Allah bundan sonra heç bir anaya acı xəbər yaşatmasın”.

İlk yorumu siz yazın