Xalq artisti Mələkxanım Əyyubovanın evində xoş hadisə yaşanıb.
Xanəndənin oğlu Nicat universitetə qəbul olub. Bu haqda ifaçı özü məlumat yayıb.
O bildirib ki, övladı Azərbaycan Diplomatik Akademiyasına daxil olub:
«Canım Nicatım, 2 gün əvvəl məzun oldu və bu gün biz öyrəndik ki, universitetə qəbul olub. Oğlum, səni təbrik edirəm. Həmişə uğurlarınla bizi sevindirəsən» deyə, Əyyubova paylaşımında yazıb.
Qeyd edək ki, Xalq artisti Məleykə əsədovanın qızı Gülər də sözügedən unviersitetə daxil olub.