Yenilik.Az
www.Aydinliq.Az » Kriminal » Azərbaycanda vəkilin avtomobilini yandırdılar - FOTO

Azərbaycanda vəkilin avtomobilini yandırdılar - FOTO

Azərbaycanda vəkilin avtomobilini yandırdılar - FOTO
2021-10-17 , 14:00

Zaqatalada Vəkillər Kollegiyasının üzvü, vəkil Azər İsmayılova məxsus avtomobil yandırılıb. Bu barədə e-huquq.az-a vəkil özü məlumat verib.

O qeyd edib ki, avtomobili yandırmaqda şübhəli bildiyi şəxs var: "Hadisə yaşadığım binanın həyətində baş verib. Maşını benzinlə yandırıblar. Həmin şəxsin adını açıqlamaq istəmirəm, ancaq hesab edirəm ki, bunu edən şəxs mənim müdafiə etdiyim şəxsin işi üzrə qarşı tərəfdir".
Vəkil deyib ki, avtomobil Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən söndürülüb və hadisə yerinə polis əməkdaşları gəlib: "Artıq polisə ərizə ilə müraciət etmişəm. Ümid edirəm ki, yaxın zamanda hadisəni törədən şəxs məsuliyyətə cəlb olunacaq".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.