Yenilik.Az
www.AYDINLIQ.az » Kriminal » Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “ALTAYI DÜNƏN AXŞAM TUTUBLAR…”

Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “ALTAYI DÜNƏN AXŞAM TUTUBLAR…”

Nərminin qətlindəki yeni şübhəli də saxlanıldı: “ALTAYI DÜNƏN AXŞAM TUTUBLAR…”
2020-02-05 , 18:11

Tovuzun Dondar Quşçu kəndində oğurlanaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın nənəsi Minayə İsmayılova virtualaz.org-a açıqlama verib.

BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, yayılan səs yazısından dünən xəbər tutub. Səs yazısında barəsində bəhs edilən şəxs Altay Ələkbərov ötən gün axşamdan polis əməkdaşları tərəfindən saxlanılıb.

"Altayı tanıyıram. Qızımgilin qonşusudur və, həqiqətən də, "VAZ 2107″ markalı avtomobili var. Altay kənddə suvaqçı və fəhlə işləyir.

Hadisəni onun törətdiyini deyirlər, amma hüquq-mühafizə orqanları bu barədə bizə heç bir məlumat verməyib. Deyirlər, Nərmini o öldürüb, amma mənim məlumatım yoxdur.

Altay, Famil müəllim var, onun oğludur. Onu tutsalar, Nərmini kimin öldürdüyü bilinər. Altayın qardaşı Aqil var, hadisədən bir müddət əvvəl həmin Aqilin heyvanı itmişdi, bizdən şübhələnirdilər.

Amma sonra heyvan başqa yerdən tapıldı. Amma Altayın Nərmini öldürdüyü vaxt onu gördüyü deyilən Asif Ələkbərov və Vüsal Zalovu tanımıram. Altayın atası Famil müəllim mənim oğlumun müəllimi olub, İlkinin atası kimi sakit adamdır. Bu söhbət yayılandan sonra dünən axşamdan Altay Ələkbərovu da tutub aparıblar”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.