Yenilik.Az
www.Aydinliq.Az » Kriminal » Kəmaləddin Heydərov həbs edilir?

Kəmaləddin Heydərov həbs edilir?

Kəmaləddin Heydərov həbs edilir?
2021-02-11 , 01:51

Azərbaycanda həyata keçirilən kadr islahatları, korrupsiya və rüşvətxorluğa qarşı görülən sərt tədbirlər, maliyyə maxinasiyalarında və büdcə vəsaitlərinin talan edilməsində rolu olan məmurların həbsi ölkədə yenidənqurmanın sürətlə aparıldığını deməyə əsas verir. Milyardlarla manat büdcə vəsaitlərinin mənimsənilməsində adı hallanan oliqarxlar arsında sabiq Nəqliyyat naziri Ziya Məmmədov və hazırda Fövqəlada Hallar naziri olan Kəmaləddin Heydərov xüsusi yer tutur.


“Bu şəxslərin həbs olunma ehtimalı nə dərəcədə realdır”? sualını şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, adı çəkilən oliqarxların həbs edilməsi çox vacibdir: “Həm Ziya Məmmədov, həm də Kəmaləddin Heydərovun “fəaliyyəti” haqda mediada kifayət qədər məlumatlar dərc edilib. Bu şəxslərin ofşor zonalardakı hesabları və mülkləri haqda informasiyalar hər kəsə məlumdur. Onların hakimiyyətdən uzaqlaşdırılması ilə məsələ yekunlaşmamalı, eyni zamanda millətə və dövlətə etdikləri xəyanətə görə həbs olunmalıdırlar. Rusiyanın uzun illər Azərbaycandakı siyasətini həyata keçirən şıxslərin hər biri mütləq cəzasını almalıdır. Məhz bu adamlar ölkəni Rusiyanın koloniyasına cevirməyə çalışıblar. Bu səbəbdən də, onlara ən ağır cəza verilməlidir ki, bir daha heç kəs dövlətə və millətə xəyanət etməyi ağlından keçirməsin”.

Sərdar Cəlaloğlunun sözlərinə görə, Ziya Məmmədovun vaxtında təmir edilən Bakı-Quba yolu guya dəmir betondan ibarət idi. Amma o yola tökülən 40 santimetrlik betonun tərkibində heç bir dəmir məmulatı olmayıb. Ona görə də, bu yol cəmi bir həftəyə dağıldı. O cümlədən “Aeroport” yolunun 1 kilometrinin çəkilişinə 10 milyon pul xərclənsə də, 3 həftədən sonra asfalt çökdü. Beləliklə yol tikintisindən Ziya Məmmədov mənimsədiyi milyardlarla özünə holdinqlər yaratdı, mülklər aldı. Təkcə oğlu Anar Məmmədov Donald Trampın prezidentlik kampaniyasına 30 milyon vəsait xərclədi. Bu insanlar vətənə qarşı xəyanət ediblər. Odur ki, bu məsələlərdə heç kim kənarda qalmamalı və hər biri həbs olunmalıdır”.//Konkret.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.