Yenilik.Az
www.Aydinliq.Az » Kriminal » “Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”

“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”

“Ermənilər əsirlərimizə amansız davranıb, baş və ürəkdən güllələyiblər”
2020-10-30 , 16:18

“Ermənilər əsir düşmüş Azərbaycan hərbçilərini başından güllələyiblər”.


Bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Hərbi prokurorluq tərəfindən aparılan istintaqla muzdluların Ermənistan tərəfindən iştirak etməsi sübut olunub: “Bizdə erməni muzdlularına aid cəsədlər var. 30 cəsədi Ermənistana verdik, amma onlar bizə cəsəd vermədi. Bizdə olan erməni cəsədlərinin bəzilərinin yaşı hərbçiyə uyğun deyil. Biz zamanı gələndə bunları açıqlayacağıq.

Bizim əsirlər və meyitlərə qarşı amansız davranış göstərilib. Əsir götürülmüş azərbaycanlı hərbçiləri yaxın məsafədən, başlarına, ürəklərinə dirəyərək atəş açıb və qətlə yetiriblər. Belə faktlar mövcuddur”. "Qafqazinfo" 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.